Gürcüstan Litva və Estoniyanı qınayan bəyanat yaydı

Dünya

16.12.2024 16:55

Gürcüstan hökuməti Litva və Estoniya hakimiyyətinin Gürcüstanın baş naziri İrakli Kobaxidze də daxil olmaqla bir sıra məmurlara qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkələri qınayan bəyanat yayıb. 

TodayPress xəbər verir ki, bu barədə “NewsGeorgia” portalı yazıb.

Bəyanatda vurğulanıb ki, Estoniya və Litva Avropa İttifaqında ən məhdud suverenliyə malik olan və hökumətləri öz xalqlarının maraqlarına uyğun deyil, xarici dövlətin administrasiyasının diktəsi ilə hərəkət edən dövlətlərdir.

Bəyanatda həmçinin qeyd olunub ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyəti sovet təfəkküründən qurtula bilməyib. Gürcüstanın iki ölkə hökumətlərinin anti-Gürcüstan qərarına qarşı tədbir görmək hüququ və imkanları var, lakin Litva və Estoniya xalqına hörmət etdiklərinə görə cavab tədbirlərini məqsədəuyğun hesab etmirlər.   

Xatırladaq ki, dekabrın 2-də Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsbergis elan edib ki, Latviya, Litva və Estoniya Gürcüstanda ədalətli etirazların yatırılmasının təşkilatçılarına qarşı şəxsi sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər. 

Günəş Mərd

tag: Müstəqillik, İttifaq, Məhdud, Tarix ,Gürcüstan, todaypress.az,