Gürcüstan Kiyevə yardımını dayandırmayacaq – Baş nazir
Dünya
11.06.2024 18:30
Ukraynanın Gürcüstanla bağlı qərarları Tbilisinin Kiyevə kömək etməsinə mane olmayacaq.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Berlində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, ölkələrin hakimiyyət orqanları arasında yaranan problemlər Ukrayna səfirinin Gürcüstandan geri çağırılması ilə nəticələnib:
“Bunlar səhv addımlar idi, lakin onlar bizi Ukrayna xalqına maksimum yardım göstərməyə çalışmaqdan çəkindirməyəcək. Heç bir siyasi qərar Ukrayna xalqının qayğısına qalmaq məsuliyyətimizdən üstün ola bilməz” deyə Kobaxidze bildirib.
O, Gürcüstanın bütün platformalarda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan və onun tərəfdaşları sülh bərqərar olduqdan sonra Ukraynanın bərpası üçün hər şeyi edəcəklər.
Günəş Mərd
tag: Gürcüstan, Ukrayna, Kobaxidze, Tbilisi, todaypress.az,