Gürcüstan Fransaya yol göstərdi

Dünya

07.01.2025 15:55

“Ölkəni siyasi böhrandan çıxarmaq üçün Fransa hakimiyyəti yeni parlament seçkiləri keçirə bilər”.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm, lakin nəzərə alsaq ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasını dəstəkləyir, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir, deməli, yeni seçkilər ölkəni siyasi böhrandan çıxmaq üçün yaxşı həll yolu ola bilər” deyə o vurğulayıb.

Xatırladaq ki, Makron bazar ertəsi Rusiyanın qonşularına qarşı “daha aqressiv” olduğunu deyib və buna misal olaraq 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini göstərib.

Günəş Mərd

tag: Rusiya, Gürcüstan, Fransa ,Makron ,todaypress.az,