Gürcüstan etiraz aksiyalarında iştirak edən 25 əcnəbini deportasiya etdi
Dünya
04.01.2025 16:07
Gürcüstan ötən ilin noyabr-dekabr aylarında etiraz aksiyalarında iştirak edən 25 xarici ölkə vətəndaşının ölkədən çıxarılması üçün prosedurlara başlayıb.
TodayPress Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
“Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən deportasiya proseduruna başlanılan şəxslər arasında noyabr-dekabr aylarında Tbilisidə keçirilən etiraz aksiyalarında iştirak etmiş 25 nəfər məhkəmə tərəfindən inzibati qaydada cəzalandırılıb və o cümlədən 10 əcnəbi vətəndaş artıq Gürcüstan ərazisini tərk edib” məlumatda qeyd olunub.
Məlumata görə, ümumilikdə 2024-cü ilin noyabr-dekabr aylarında respublikadan 91 əcnəbi çıxarılıb, onların bir qismi Gürcüstanı könüllü tərk edib. Onların arasında İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya, Türkmənistan və digər ölkələrin vətəndaşları var.
Günəş Mərd
tag: Gürcüstan, Miqrasiya,Tiblisi, Əcnəbi, Deportasiya, todaypress.az,