Gürcüstan Cənubi Osetiya ilə münaqişənin həlli üçün şərtini açıqladı
Dünya
16.09.2024 16:45
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Cənubi Osetiya ilə münaqişənin həlli üçün qarşılıqlı razılaşmanın zəruriliyini bəyan edib.
TodayPress xəbər verir ki, onun sözlərini “1TV.GE” sitat gətirib.
Siyasətçinin fikrincə, iki xalq arasında barışığa aparan yol “bir-birimizə hansı yaralar vurduğumuzu, hansı yaraların izlərinin qaldığını dərk etməkdən” keçir.
Papuaşvili əlavə edib ki, bu zədələri aradan qaldırmaq üçün tövbə və qarşılıqlı bağışlanma lazımdır.
Töhfə Səməd
tag: Gürcüstan ,Cənubi Osetiya ,Münaqişə, Şalva Papuaşvili ,Razılaşma, todaypress.az,