Gürcüstan Avropaya inteqrasiyanın əsas prioritet olaraq qaldığını bildirdi

Dünya

28.10.2024 13:20

“Avropa İttifaqına (Aİ) inteqrasiya Gürcüstanın qarşıdakı illər üçün əsas xarici siyasət prioriteti olaraq qalır”. 

TodayPress xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Bizim çox mühüm xarici siyasət prioritetlərimiz var və əsas prioritet təbii ki, Avropaya inteqrasiyadır. Biz münasibətlərin bərpasını gözləyirik, məncə, bu, gələn ilin əvvəlindən intensiv şəkildə baş verəcək" deyə o, hökumətin iclasında bildirib.

 Töhfə Səməd

tag: Avropa İttifaqı, Gürcüstan, Baş Nazir, Kobaxidze, Avropa, todaypress.az,