Gürcüstan Aİ və NATO-ya daxil olmağa ümid edir

Dünya

23.08.2024 12:46

“Gürcüstanın hakimiyyəti Konstitusiyanın Gürcüstanın Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq arzusunu ifadə edən 78-ci maddəsini dəyişdirməyi və ya ləğv etməyi planlaşdırmır”. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Qətiyyətlə deyə bilərəm ki, biz 78-ci maddəni nə çıxarmaq, nə də ona dəyişiklik etməyi planlaşdırmırıq” Kobaxidze bildirib.   

Günəş Mərd

tag: Gürcüstan, NATO, Aİ, İrakli Kobaxidze, Baş Nazir, todaypress.az,