Gürcüstan Aİ ilə münasibətlərdə “gözləmə rejimindədir”
Gürcüstan Avropa İttifaqı ilə münasibətlərdə hazırda “gözləmə rejimində” olduğunu bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “TASS”a açıqlamasında bildirib.
“Avropa İttifaqı ilə münasibətlərə gəlincə, gözləmə mövqeyindəyik. Onlardan əlaqələrin yenidən qurulması istiqamətində addımlar atılmasını gözləyirik” deyə Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Gürcüstan Aİ nümayəndələrindən praqmatik addımlar gözləyir. Onun sözlərinə görə, Avropa demokratiyası hazırda “dərin dövlət” adlandırılan strukturların təsiri altındadır və əgər Avropa bu təsirdən çıxmağı bacarsa, Tbilisi ilə Brüssel arasında münasibətlər yaxşılaşa bilər.
Qiymət Mahir
tag: Gürcüstan ,Aİ , Avropa İttifaqı ,İrakli Kobaxidze,todaypress.az,