Gürcüstan ABŞ-ni qonaqpərvərliyi öyrənməyə çağırdı
Dünya
25.09.2024 18:15
“Bayden administrasiyası gürcü xalqından qonaqpərvərliyi öyrənməlidir”.
TodayPress xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
O, Bayden administrasiyasının Gürcüstanın baş naziri İrakli Kobaxidzedən dəvəti geri götürməsini şərh edib.
“Heç olmasa, qonaqpərvərlik xüsusiyyətini xalqımızdan ala bilərlər. Görünür, biz bunu düzgün bölüşə bilmədik” deyə Gürcüstan parlamentinin spikeri bildirib.
Onun fikrincə, Bayden administrasiyası belə bir qərarla ABŞ xalqını təhqir edib.
Töhfə Səməd
tag: Gürcüstan ,Rusiya ,Şalva Papuaşvili ,ABŞ,Bayden, todaypress.az,