Gürcüstan ABŞ-lə münasibətləri bərpa etməyə hazır olduğunu açıqladı

Dünya

20.01.2025 14:10

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ölkənin Ağ Evlə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.

TodayPress “Rambler”ə istinadən xəbər verir ki, Baş nazir bunu hökumətin iclasında deyib.

“Biz ABŞ-lə strateji münasibətləri sıfırdan bərpa etməyə hazır olduğumuzu və istəyimizi bir daha qeyd edə bilərik”  deyə o, bildirib.

Baş nazir həmçinin açıqlayıb ki, son dörd il bütün dünyada çətin olub və Gürcüstanda “dörd inqilab cəhdi” baş tutub.

Kobaxidze bildirib ki, qarşıdakı dörd il Tramp administrasiyası dövründə xeyli sakit keçəcək və onun fikrincə, bu, Gürcüstana müsbət təsir göstərəcək.


Nicat Osman

tag: ABŞ, Gürcüstan,İrakli Kobaxidze, Tramp, Dünya,todaypress.az,