Gürcüstan ABŞ ilə münasibətləri bərpa etməyə hazırdı – Kobaxidze

Dünya

28.06.2024 14:46

“Gürcüstan ABŞ ilə münasibətləri bərpa etməkdə qərarlıdır”. 

TodayPress xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə çıxışı zamanı bildirib. 

"Gürcüstan hökuməti 2020-ci ildən sonra baş verən hadisələr fonunda Birləşmiş Ştatlarla münasibətlərin bərpasına töhfə verməkdə qərarlıdır" deyə Baş nazir vurğulayıb.

Kobaxidze qeyd edib ki,Tbilisi  bu konteksdə ABŞ-nin qarşılıqlı addımlarına ümid edir.

O, əlavə edib ki, ABŞ ilə münasibətlərin normallaşması və inkişafı Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, iyunun 11-də İrakli Kobaxidze ABŞ-nin Gürcüstan rəhbərliyinə qarşı tətbiq edilən sanksiyalarının qəbuledilməz olduğunu və ölkələr arasında tərəfdaşlıq ruhuna uyğun gəlmədiyini bildirmişdi.  

Günəş Mərd

tag: Gürcüstan, ABŞ, İrakli Kobaxidze, Baş Nazir, Münasibət, todaypress.az,