“Gürcü arzusu” və “Xalqın gücü” parlament seçkiləri üçün birləşdi

Dünya

17.07.2024 15:45

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində “Gürcü arzusu-Demokratik Gürcüstan” və “Xalqın Gücü” partiyaları vahid siyahı ilə iştirak edəcək.   

TodayPress xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.  

Qeyd edək ki, “Xalqın Gücü” partiyası 2022-ci ilin avqustunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını tərk etmiş deputatlar tərəfindən yaradılıb. 

Xatırladaq ki, 2024-cü il Gürcüstanda parlament seçkiləri tamamilə proporsional sistemlə keçiriləcək. Ən azı 5 faiz səs toplayan partiyalar qanunverici orqana daxil olacaq. Son sorğulara görə, “Gürcü arzusu” reytinqlərdə liderliyini qoruyub saxlayır, “Milli Hərəkat” isə ikinci yeri tutur. 

Günəş Mərd

tag: Gürcüstan, Parlament, Partiya, Seçkilər, Reytinq, todaypress.az,