Günəşdə iki güclü partlayış baş verdi

Dünya

08.12.2024 14:55

2630

Gün ərzində Günəşdə iki ən güclü partlayış baş verib.

TodayPress xəbər verir ki, bu barədə Günəş aktivliyinin monitorinqi mərkəzi  məlumat yayıb. 

Qeyd olunub ki, dekabrın 8-də gecə və günorta saatlarında ən yüksək dərəcəli X-in (Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X) iki yanıb-sönməsi qeydə alınıb. 

Xatırladaq ki, daha öncələr Günəş aktivliyinin pik nöqtəsinə 2025-ci ildə çatacağı bildirilmişdi. 

Günəş Mərd 

tag: Günəş,Partlayış,Aktivlik,Alov,Todaypress.az,