Güclü yağışlar Salvadorda 14 nəfərin həyatına son qoydu
Salvadorda azı 14 nəfər güclü yağışların qurbanı olub.
TodayPress-in məlumatına görə, bu barədə “El Salvador” nəşri respublikanın Milli Mülki Müdafiə Komissiyasına istinadən xəbər verir.
Qeyd olunur ki, yağışlar nəticəsində ölkədə 3 azyaşlı olmaqla 14 nəfər ölüb. Hakimiyyət 882 nəfəri təxliyə etməyə məcbur olub.
Ümumilikdə, ölkədə 117 mindən çox insanı qəbul edə biləcək 6 sığınacaq təchiz edilib. İyunun 13-dən etibarən Mərkəzi Amerika ölkəsində 42 torpaq sürüşməsi qeydə alınıb, 27 evə ziyan dəyib.
Ölkənin bir çox bölgəsində 16 saatdan çoxdur yağış yağır.
tag: Salvador,Leysan, Yağış , Sel, todaypress.az,