Güclü qar yağacağı barədə xəbərdarlıq edildi
Həftə sonu Böyük Britaniyada güclü qar yağacağı barədə sakinlərə xəbərdarlıq edilib.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Qeyd olunub ki, havanın temperaturu -10°C-yə enəcək, 30 santimetrdən çox qar yağacaq. Bəzi ərazilərdə qar uçqunlarının hündürlüyü 40 santimetrə çata bilər.
İngiltərə və Uelsin əksər əraziləri üçün sarı xəbərdarlıq elan edilib.
Günəş Mərd
tag: İngiltərə, Xəbərdarlıq ,Qar ,Sarı, todaypress.az,