Güclü maqnit qasırğaları gözlənilir
Dünya
15.09.2024 16:40
Güclü maqnit qasırğaları bazar ertəsi Yer kürəsini bürüyəcək və bütün gün davam edəcək.
TodayPress xəbər verir ki, bu barədə İKI və ISTP-nin Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilir ki, maqnit qasırğalarına sentyabrın 14-də güclü günəş partlayışı səbəb olub.
Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir. Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.
Günəş Mərd
tag: Qasırğa,Yer ,Atmosfer,Maqnit,Günəş,Todaypress.az,