Güclü fırtına Hindistanın cənub-şərq sahillərinə çatdı
Dünya
01.12.2024 05:21
“Fengal” fırtına siklonu Hindistanın
cənub-şərq sahillərinə çataraq bir sıra şəhər və rayonlarda daşqınlara səbəb
olub.
TodayPress xəbər verir ki, bu barədə iqtidar və
meteoroloji xidmət məlumat yayıb.
Meteoroloqların məlumatına görə, güclü küləklə müşayiət
olunan şiddətli yağışlar cənubi Hindistanın Tamilnad ştatının şimal hissəsinin
bir neçə rayonuna və Pondiçerri ittifaq ərazisinə təsir göstərib. Çennaydakı
(Tamilnad ştatının paytaxtı) Regional Meteorologiya Mərkəzi şənbə günü səkkiz
rayon üçün qırmızı xəbərdarlığı saxlayıb.
Məlumata görə, Çennay hava limanı uçuş-enmə zolaqlarının
ciddi şəkildə su basması da daxil olmaqla əlverişsiz hava şəraiti səbəbindən
dekabrın 1-i saat 04:00-dək (Bakı vaxtı ilə 02:30) fəaliyyətini dayandırdığını
elan edib. Nəticədə həm daxili, həm də beynəlxalq olmaqla təxminən 55 reys ləğv
edilib, daha 19 reys isə digər hava limanlarına yönəldirilib.
“Sərnişinlərə öz reysləri barədə məlumatı
aviaşirkətlərdən dəqiqləşdirməyi tövsiyə edirik”, – hava limanının “X” sosial
şəbəkəsindəki paylaşımında qeyd olunub.
İqtidar bütün çimərlikləri bağlayıb, qatar hərəkəti
dayandırılıb. Təbii fəlakətin əsas zərbəsi növbəti saatlarda gözlənilir.
tag: Hindistan, Fırtına, Fengal, Külək, todaypress.az,