Göyərtəsində 45 nəfər olan yaxta batdı

Dünya

25.11.2024 16:20

Misirin Marsa əl-Aləm şəhəri sahillərində onlarla insanı daşıyan turist yaxtası batıb. 

TodayPress xəbər  verir ki, bu barədə “Cairo 24” portalı məlumat yayıb.

Məlumata görə, “Sea Store” qayığı Qırmızı dənizdə qəza siqnalı verib. Bir neçə xilasedici qayıq hadisə yerinə yollanıb.

Yaxtada 45 nəfərin - 14 ekipaj üzvü və müxtəlif millətlərdən olan 31 turistin olduğu məlum olub. Onlardan bəziləri sağ-salamat tapılıb, itkin düşənlərin axtarışları davam edir.

Xilas edilənlərin dəqiq sayı hələlik açıqlanmır.

Günəş Mərd

tag: Misir, Turist, Yaxta, Ölüm, İtkin, todaypress.az,