Google sentyabrdan Rusiya üçün ''BigQuery"-ni deaktiv edəcək

Dünya

13.08.2024 22:58

"Google" sentyabrın 9-dan Rusiyada "BigQuery" xidmətini deaktiv edəcək.

TodayPress xəbər verir ki, bu barədə "Softline" şirkəti "Telegram" kanalında məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, "Google Workspace" və "Google Cloud" xidmətləri işləməyə davam edəcək, yalnızca "BigQuery" fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, "BigQuery" məlumat datalarını emal etmək üçün istifadə olunur və on ildən çoxdur ki, istifadəyə verilib.

Aytac Müşfiq

tag: BigQuery, Google,todaypress.az,Softline ,Workspace,