“Google” beş milyon rubl cərimələndi
Dünya
31.07.2024 11:52
Moskvanın Taqanski məhkəməsi “Google” şirkətini beş milyon rubl cərimələyib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Buna səbəb “Google”un Roskomnadzorun əmrini yerinə yetirməkdən imtina etməsi olub.
Qeyd edək ki, Roskomnadzor Rəqəmsal İnkişaf Nazirliyinin tabeliyində olan, mediada və internetdə Rusiya qanunlarına riayət olunmasına nəzarət edən icraedici orqandır.
Xatırladaq ki, bundan əvvəl də Moskvanın Taqanski məhkəməsi “Google”u dörd milyon rubl cərimələyib. Aydınlaşdırılıb ki, şirkət Rusiyada qadağan olunmuş məlumatlara girişi məhdudlaşdırmayıb.
Töhfə Səməd
tag: Google, Rusiya, Moskva, Cərimə, Məhkəmə, todaypress.az,