"Google" bağlana bilər

Dünya

22.04.2025 12:10

3

 "Google"a qarşı böyük bir antiinhisar məhkəməsi başlayıb.   

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi "Google"un internetdə axtarış sahəsindəki üstün mövqeyini sual altına alır və bu inhisara son qoymaq istəyir.

Məhkəmənin nəticəsi internetin gələcəyinə ciddi təsir göstərə bilər. 

Prokurorlar "Chrome" brauzeri və süni intellekt məhsulları ilə bağlı addımlarını tənqid edərək şirkətin rəqiblərə qarşı ədalətsiz üstünlük qazandığını bildiriblər. 

"Google" isə ittihamları rədd edib.

Şirkət məhkəmə əleyhinə qərar verərdiyi təqdirdə apellyasiya şikayəti verəcəyini açıqlayıb.   

Türkan İsgəndərli

tag: Google,Məhkəmə,Araşdırma,ABŞ,Todaypress.az,