“Google” 40 min dollar cərimələndi

Dünya

23.08.2024 15:54

Moskvanın Taqanski Rayon Məhkəməsi “Google” şirkətini cərimələyib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

“Google” İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qeyri-qanuni məlumatlara çıxışın məhdudlaşdırılması üzrə tədbirlər görmək öhdəliyini yerinə yetirməməsi ilə bağlı təqsirli bilinib. 

Şirkət təxminən 40 min ABŞ dolları ödəməli olacaq. 

Xatırladaq ki, “Google” ötən ay da Taqanski Rayon Məhkəməsi tərəfindən cərimələnmişdi.

Töhfə Səməd

tag: Google, Rusiya, Məhkəmə, Taqanski, Cərimə,todaypress.az,