Gizlənmiş müxalifət lideri Niderlandda tapıldı

Dünya

09.09.2024 12:50

Venesuela müxalifətinin prezidentliyə namizədi Edmundo Qonsales bir aydan çox Niderlandın Karakasdakı səfirliyində gizlənib.  

TodayPress xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp bildirib. 

Onun sözlərinə görə, o, təhlükəsizliyindən narahat olduğu üçün sığınacaq məqsədi ilə Niderlanda müraciət edib.  

"Onların bəziləri seçkilərdən sonra həbs edilib, bəzilərindən isə o vaxtdan bəri xəbər yoxdur. Bu təhlükə müxalifətin namizədi Qonsalesə də şamil edilib” deyə Veldkamp qeyd edib. 

Günəş Mərd

tag: Venesuela,Müxalifət,Seçki,Namizəd,Edmundo Qonsales,Niderland,XİN,Kaspar Veldkamp,todaypress.az,