Geri sayım başladı: Türkiyə Suriyada PKK-ya qarşı hərbi əməliyyata hazırlaşır
Dünya
09.01.2025 11:00
Türkiyə Suriyada hərbi əməliyyatlara başlayacaq.
TodayPress xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
“Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi kimi, Ankara qansız və problemsiz keçid üçün fürsət və vaxt təmin edib, lakin vaxt daralır. Bu andan hərbi əməliyyatlar üçün gerisayım başlayır” materialda bildirilib.
Qeyd olunub ki, Türkiyə hakimiyyəti terrorçu qruplaşma ilə hər hansı danışıqlar aparmaq niyyətində deyil.
Günəş Mərd
tag: türkiyə, Suriya ,PKK, Hərbi, Əməliyyat, todaypress.az,