Gəmidə partlayış: 20 nəfər öldü
Dünya
08.08.2024 17:35
Nigeriyada gəmidə baş verən partlayış nəticəsində 20 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian Nigeria” qəzeti məlumat yayıb.
Hadisə ölkənin cənubundakı Bayelsa əyalətində baş verib. Olay zamanı gəmidə 64 sərnişin olub.
Faciənin baş vermə şəraiti araşdırılır, qurbanların dəqiq sayı hələ müəyyən edilməyib.
Axtarış əməliyyat tədbirləri davam etdirilir.
Günəş Mərd
tag: Nigeriya, Gəmi, Partlayış, Bayelsa, Faciə, todaypress.az,