Gəlinlik sınağı ödənişli olacaq
Dünya
07.06.2024 15:46
Türkiyədə gəlinlik sınamaq artıq ödənişli olacaq.
TodayPress xəbər verir ki, bu barədə Ankara Dərzi və Tikiş, Biznesmen və Sənətkarlar Palatasının sədri Muhittin Köksal məlumat verib. Onun sözlərinə görə, buna səbəb evliliyə hazırlaşan əksər xanımların sınamaq üçün geyindiyi gəlinlikləri zədələməsi olub.
Qərar birmənalı qarşılanmayıb. Bəziləri bu tətbiqin düzgün olduğunu, bəziləri isə bunun müştəri itkisinə səbəb olacağını bildirib.
Eyni zamanda yeni qaydaya əsasən sınaq haqqı alınan gəlinlik həmin şəxsə satılarsa, onda ödənilən vəsait gəlinliyin ümumi qiymətindən çıxılacaq.
Günəş Mərd
tag: Türkiyə, Dünya, Gəlinlik, Ankara, Biznesmen, todaypress.az,