Gəlini daşıyan toy avtobusu çaya düşdü: 16 nəfər öldü

Dünya

13.11.2024 14:00

Pakistanın şimalında toya gələnləri daşıyan avtobusun çaya düşməsi nəticəsində azı 16 nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə “Dawn” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, gəlin sağ-salamat tapılıb, o, xəsarət alıb və hazırda xəstəxanadadır.

Avtobusda ümumilikdə 23 nəfər olub, onlar Pəncabın Çakval rayonuna gedən toy kortejinin bir hissəsi olublar.

tag: Pakistan, Qəza, Avtobus, Çay, todaypress.az,