Gələn ildən İsveçdə sığınacaq almaq qanunu sərtləşdiriləcək
İsveç hökuməti sığınacaq almaq üçün
qaydaların sərtləşdirilməsi üçün qanun layihəsi hazırlayıb.
TodayPress xəbər
verir ki, bu barədə İsveçrə miqrasiya
məsələləri üzrə nazir Yuhan Forsel jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, imtina cavabı alan şəxslər sığınacaq üçün
yalnız 5 ildən sonra yenidən müraciət edə bilərlər və bu müddət ərzində krallıq
ərazisində qala bilməzlər.
Məlumata görə, bu qanun 2025-ci il aprelin 1-də qüvvəyə
minəcək.
Aynur TAC
tag: İsveç, Qanun, Sığınacaq, Miqrasiya, Yuhan Forsel, todaypress.az,