Gecə uçuşlarına qoyulan qadağanın vaxtı uzadıldı
Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviation) Rusiyadan İsrailə gecə uçuşlarına qadağanın müddətini fevralın 11-dək uzadıb.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” sənayedəki öz mənbəsinə istinadən məlumat verir.
İnsayderin sözlərinə görə, məhdudiyyətlər daha bir ay davam edəcək. Bu, mülki təyyarələrin təhlükəsizliyinə təhdidlərin davam etməsi ilə bağlıdır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının münaqişə zonaları üzərində və yaxınlığında uçuşlar üçün risklərin qiymətləndirilməsi təlimatına uyğun olaraq başqa vaxtlarda İsrailə uçmaq tövsiyə olunur.
Bu təlimatlar noyabrın 11-də təqdim edilib və o vaxtdan bəri iki dəfə uzadılıb. Xəbər agentliyi aydınlaşdırır ki, hazırda Rusiyadan İsrailə birbaşa uçuşlar iki aviaşirkət – “Red Wings” və “Azimut” tərəfindən həyata keçirilir.
Töhfə Səməd
tag: Rusiya ,İsrail, gecə, Uçuş, todaypress.az,