G7 Rusiyadan 500 milyard dollar tələb etdi
Dünya
14.06.2024 20:06
“Rusiya döyüşlər nəticəsində Ukraynaya dəymiş ziyanı ödəməli , təxminən 500 milyard dollar ödəməlidir”.
TodayPress rus mətbuatına istinadla xəbər verir ki, bu tələb G7 ölkələrinin İtaliyada keçirilən sammiti zamanı yekun bəyanatında öz əksini tapıb.
Bildirilib ki, bu günə qədər Ukraynaya dəymiş ziyanın dəqiq məbləği 486 milyard dollardır. G7 Moskva Ukraynadakı münaqişəni dayandırana və təzminat ödəyənə qədər Rusiyanın aktivlərinin dondurulmuş qalacağını da vurğğulayıb.
Eyni zamanda, sammit iştirakçıları ilin sonuna qədər Ukraynaya 50 milyard dollar məbləğində kredit vermək niyyətlərini təsdiqləyiblər ki, bu da Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək.
Qeyd edək ki, İtaliyanın sədrliyi ilə G7 liderlərinin görüşü iyunun 13-dən 15-dək baş tutacaq. Əsas mövzular Ukrayna və Yaxın Şərqdəki münaqişələr, Afrika, miqrasiya və süni intellekt olub.
GÜNEL
tag: Ukrayna, Rusiya, G7, İtaliya, todaypress.az,