G7 ölkələri Ukraynaya 50 milyard dolların ayrılmasını təsdiqlədi
G7 Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə 50 milyard dolların ayrılmasını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə“France Presse” məlumat yayıb. Bildiirlib ki, G7 ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmağa razılaşıb.
Vəsaitlərin 2024-cü ilin sonuna kimi köçürülməsi gözlənilir. Transfer təşəbbüsü Vaşinqtondan gəlib .
Xatırladaq ki, dünən Aİ-nin yüksək rütbəli nümayəndəsi Ukraynaya yardım paketinin hazırlandığını, iyunun 13-də açıqlanacağını bildirmişdi . Mənbənin qeyd etdiyi kimi, Ukraynaya 50 milyard dollar məbləğində kredit ayrılacaq ki, bu da Rusiya Federasiyasının dondurulmuş aktivlərindən təxmini gəliri əhatə edəcək . Kiyev bu vəsaiti ölkəni bərpa etmək üçün istifadə edə biləcək.
GÜNEL
tag: G7 ölkələri, Rusiya, Kiyev, Vaşinqton, todaypress.az,