G7 ölkələri Rusiyanı nüvə silahına görə hədələdi

Dünya

14.06.2024 22:22

G7 ölkələri Rusiyanı Ukrayna münaqişəsində nüvə silahından istifadə edərsə nəticələrinin ağır olacağını bildirib.

TodayPress RİA Novosti-yə istinadla xəbər verir ki, İtaliyada keçirilən G7 sammitinin yekun bəyanatında G7 ölkələrinin Rusiyanın Ukraynadakı münaqişə zəminində kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarından istifadəsi ciddi nəticələrə səbəb olacağını vurğulayıblar.

G7 həmçinin Moskvanı nüvə sınaqlarına moratoriuma əməl etməyə çağırıb.

 GÜNEL

tag: Nüvə silahı, İtaliya, G7 sammiti,Ukrayna, todaypress.az,