G7-dən Ukraynaya 50 milyardlıq dəstək
Dünya
13.06.2024 17:27
G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəliri girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmağa razılaşıblar.
TodayPress xəbər verir ki, razılıq İtaliyada G7 liderlərinin zirvə toplantısında əldə olunub. Sözügedən kredit 2024-cü ilin sonuna qədər Ukraynaya təqdim olunacaq. Kreditin böyük qismi ABŞ verəcək. Avropa və digər ölkələr də buna dəstək olacaq.
Xatırladaq ki, G7 ölkələrinin maliyyə nazirləri keçən ay ABŞ-nin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasına dəstək üçün istifadə edilməsi təklifi ilə bağlı yekun razılığa gələ bilməmişdilər.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub.
Günəş Mərd
tag: Ukrayna, Dünya, Dəstək, G7, ABŞ, todaypress.az,