G7 bəyanat yaydı: Rusiya fundamental prinsipləri pozur
Dünya
05.11.2024 19:00
“Yeddilik” qrupuna (G7) üzv ölkələr, həmçinin onlara qoşulan Yeni Zelandiya, Avstraliya və Cənubi Koreya Şimali Koreya (KXDR) ordusunun birliklərinin Rusiya ərazisində yenidən yerləşdirilməsi xəbərindən ciddi narahat olduqlarını bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə İtaliya hökumətinin saytında dərc edilmiş müqaviləni imzalayan dövlətlərin xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.
Sənəddə deyilir:
“Biz KXDR ilə Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən KXDR-nin ixracını və Rusiyanın BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq Şimali Koreyadan ballistik raketləri qeyri-qanuni əldə etməsini qəti şəkildə pisləyirik”.
Nazirlər bəyanatda bildiriblər ki, bir neçə min Şimali Koreya əsgəri artıq Rusiyada yerləşdirilib. Bu, Ukraynada münaqişənin genişlənməsi və eyni zamanda beynəlxalq hüququn ən fundamental prinsiplərinin növbəti dəfə pozulmasıdır.
Töhfə Səməd
tag: KXDR, Rusiya, BMT, Şura, Ukrayna, todaypress.az,