G20 liderləri niyə birgə foto çəkdirmədi?

Dünya

19.11.2024 09:56

"Qərb nümayəndələri Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən İyirmilik Qrupunun (G20) sammitində birgə fotoşəkillər çəkdirmək istəməyiblər".

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.

Diplomat xatırladıb ki, oxşar demarş bir il əvvəl Skopyedə ATƏT Nazirlər Şurasında baş verib.

Onun sözlərinə görə, Qərb sammitdə qalan iştirakçıların tabeliyinə nail ola bilməyib və onun nümayəndələri Rusiya nümayəndə heyəti ilə eyni çərçivədə görünməmək qərarına gəliblər. 

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden, Kanada və İtaliyanın baş nazirləri Castin Trüdo və Ciorcia Meloni mərasimdə iştirak etməyiblər.

Günəş Mərd

tag: ABŞ, G20, Qərb, Sammit, Bayden, Kanada, İtaliya, todaypress.az,