Futbolçunu güllələyən şəxslər saxlanıldı
Türkiyədə keçmiş futbolçu Sərhat Akının güllələnməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” hesabında məlumat yayıb.
Nazir bildirib ki, S.Akına hücum edənlərin şəxsiyyətləri artıq müəyyən edilib. Onlardan ikisi saxlanılıb. Digər şübhəli şəxslərin də tutulması istiqamətində araşdırma aparılır.
tag: Futbolçu ,Türkiyə ,Əli Yerliqaya ,Serhat Akın ,Şübhəlilər ,todaypress.az,