FTB üzvlərinin istefası istənildi
Dünya
31.01.2025 19:40
ABŞ prezidenti Donald Trampın administrasiyası bəzi yüksək rütbəli Federal Təhqiqatlar Bürosu (FTB) məmurlarından istefa vermələrini və ya təqaüdə getmələrini xahiş edib.
TodayPress xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.
FTB işçilərinin işdən çıxmadıqları təqdirdə barələrində araşdırma başlanacağı yaxud təqaüd almadan qovulacaqları ilə hədələndiyi bildirilib.
Dəyişikliklərin FTB rəhbərliyinin fəaliyyəti ilə bağlı davam edən təhqiqatın bir hissəsi olduğu vurğulanıb.
Nicat Osman
tag: ABŞ,Tramp,FTB,Məmur,Todaypress.az,