FTB öz uğursuzluqlarına haqq qazandırmaq üçün Rusiyadan istifadə edir
Dünya
25.07.2024 09:42
“ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyin Rusiya Federasiyasının Amerikanın seçki proseslərinə guya müdaxilə cəhdləri ilə bağlı açıqlamaları onların uğursuz fəaliyyətlərinə haqq qazandırmaq məqsədi daşıyır”.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
“Bu növbəti uğursuz siyasətin bir nümunəsidir. Administrasiya nümayəndələrinin sadə vətəndaşların diqqətini öz səhvlərindən və Amerikanın son zamanlar nəzərəçarpacaq dərəcədə pisləşən çoxsaylı daxili ziddiyyətlərindən yayındırmaq istəyi aydın formada hiss olunur” deyə rusiyalı səfir vurğulayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi bu cür iddiaları qəti şəkildə rədd edir:
“Bizim ölkəmiz heç vaxt demokratik proseslərə müdaxilə etməyib, Amerika xalqının seçiminə həmişə hörmətlə yanaşıb və indiki prezident seçkilərində də belə olacaq. Birləşmiş Ştatların problemlərinə cavabdeh olanları tapmaq üçün FTB direktoru güzgüdəki əksinə baxmalıdır”.
Töhfə Səməd
tag: ABŞ, FTB, Rusiya, Anatoli Antonov, todaypress.az,