FTB ABŞ-də təkrar terror hücumları təhlükəsi barədə xəbərdarlıq etdi

Dünya

03.01.2025 16:23

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Daxili Təhlükəsizlik Departamenti, ölkədə təkrar terror aktlarının potensial təhlükəsi barədə xəbərdarlıq edib.   

TodayPress xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

“FTB və ABŞ Daxili Təhlükəsizlik Departamenti ölkənin 18,000 hüquq-mühafizə orqanlarına birgə kəşfiyyat bülleteni göndərərək, Yeni Orleanda baş verən hücumu təkrarlamağa cəhd edə biləcək potensial qüvvələr barədə xəbərdarlıq edib” məlumatda bildirilib.    

Həmçinin, sənəddə vurğulanıb ki, İŞİD terror təşkilatı 2014-cü ildən terror hücumları həyata keçirmək üçün öz tərəfdarlarını nəqliyyat vasitələrindən istifadə etməyə çağırır. 

Qeyd edək ki, yanvarın 1-də Yeni Orleanda Yeni il şənliyinə gələn insanlara hücum olub. Pikap maşınının sürücüsü camaatın arasına keçərək şənlikdə iştirak edənlərə atəş açıb. Terror aktı nəticəsində azı 10 nəfər ölüb, 35-ə yaxın adam yaralanıb. 

 Günəş Mərd

tag: ABŞ ,FTB, Orlenda, Hücum, todaypress.az,