FT: Almaniya Litvaya qoşun göndərəcək

Dünya

23.08.2024 11:30

Litvada Belarusla sərhədə yaxın ərazidə Bundesver qoşunlarının daimi yerləşdirilməsi üçün hərbi bazanın tikintisinə başlanılıb. 

TodayPress xəbər verir ki, Britaniyanın “Financial Times” qəzeti xəbər verir ki, bu, İkinci Dünya Müharibəsinin bitməsindən sonra ilk belə haldır.

Nəşr bunu “Almaniyanın Litvaya qoşun yeritmək üçün atdığı tarixi addım” adlandırıb. 

Bazanın 2027-ci ilə qədər tamamlanması və təxminən 4 min alman əsgərinin yerləşəcəyi planlaşdırılır. 

Nəşrdə bu hadisənin sensasiyaya səbəb olmalı, lakin Almaniyanın Ukraynaya hərbi dəstəyinin azaldılması ilə bağlı bəyanatlar fonunda baş verməsi Berlinin gücünü deyil, zəifliyini nümayiş etdirdiyi kimi burğulanıb. 

Günəş Mərd

tag: Britaniya, Litva, Ukrayna, Almaniya, Baza, todaypress.az,