Fransızların Makrona etimadı azaldı

Dünya

04.07.2024 10:17

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turuna bir neçə gün qalmış Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi növbəti dəfə “rekord”a imza ataraq, son üç ayın ən aşağı səviyyəsinə çatıb. 

TodayPress xəbər verir ki, “Toluna Harris Interactive” sorğu şirkətinin son bir aydakı rəy sorğularına görə, Makronun reytinqi 6 faiz azalaraq 36 faiz təşkil edib.

Bu, onun mart ayından bəri ən aşağı reytinqidir. Hətta Makronun siyasi dayağı sayılan “Renessans” partiyasında onun etimad səviyyəsi 85 faiz təşkil edir ki, bu da bu ilin fevralından bəri ən aşağı göstəricidir. 

Fransanın Baş naziri Qabriel Atalın reytinqi 43 faiz olub. “Milli Birlik” ultrasağ partiyasının lideri Jordan Bardelanın reytinqi 3 faiz artaraq 40 faizə, həmin partiyanın de-fakto lideri Marin Le Penin reytinqi isə 93 faizə çatıb.   

Günəş Mərd

tag: Fransiz,Makron, Reytinq, Qabriel Atal, Partiya, todaypress.az,