Fransızların 60 faizi Makronun istefasını istəyir
Dünya
04.01.2025 07:07
Sorğuda iştirak edən fransızların 60 faizdən çoxu prezident
Emmanuel Makronun istefasını dəstəkləyir.
TodayPress xəbər verir ki, bu barədə “Le Figaro” qəzetinin sifarişi ilə
Odoxa-Backbone sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində qeyd
olunub.
Respondentlərin
61 faizi hazırkı dövlət başçısının istefasını istəyir. Nəşrin qeyd etdiyi kimi,
bu rəqəm 2024-cü ilin sentyabrından bəri 7 faiz artıb.
Bundan
əlavə, respondentlərin 62 faizi Makronun prezidentliyini avtoritar kimi
xarakterizə edir. Sorğu iştirakçılarının əksəriyyəti, həmçinin Fransua Bayrunun
ilin sonuna qədər baş nazir postunu saxlaya bilməyəcəyinə inanır.
Respondentlərin 86 faizi əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş
nazir təyin etməli olacaq.
Sorğu
yanvarın 2-3-də keçirilib və 1005 nəfər iştirak edib.
tag: Fransa, Makron, Sorğu, Respondent, Prezident, todaypress.az,