Fransızlar seçki nəticələrindən narazıdır

Dünya

11.07.2024 10:32

Fransa vətəndaşlarının mütləq əksəriyyəti (71%) parlament seçkilərinin nəticələrindən narazıdır. 

TodayPress xəbər verir ki, bu, “Elabe” sosial xidmətinin sorğu nəticələrində əks olunub.  

Respondentlərin 32%-i nəticələrdən tam, 39% qismən narazı olub. 25%-i razı və 4%-i tam razı qalıb.

Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərində solçu qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib. Emmanuel Makronun “Hamımız Respublika Naminə” bloku ikinci, sağçı Marine Le Penin “Milli Birlik” alyansı isə üçüncü olub. Heç bir partiya Milli Assambleyada mütləq səs çoxluğu əldə edə bilməyib ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirəcək. İlkin nəticələrin açıqlanmasından sonra Fransanın iri şəhərlərində ənənəvi olaraq iğtişaşlar baş verib. 

Günəş Mərd

tag: Fransa, Seçkilər, Parlament, Makron, Milli Birlik, todaypress.az,