Fransızlar Makronun siyasətinə qarşı nümayişlərə başladı

Dünya

07.09.2024 16:31

Fransanın hər yerində solçu partiyaların tərəfdarlarının kütləvi nümayişləri keçirilir. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Nümayişçilər Fransa prezidenti Emmanuel Makronun solçu “Yeni Xalq Cəbhəsi” (NPF) koalisiyasından namizədini Baş nazir təyin etməkdən imtina etməsi ilə razılaşmadığını bildirir və dövlət başçısını istefaya çağırırlar.   

Etirazlar Nant, Le Man və Nitsa şəhərlərində başlayıb. İştirakçılar Makronu zorla çevriliş etməkdə və seçkiləri fransızlardan oğurlamaqda ittiham edirlər. 

Qeyd olunub ki, Fransada ümumilikdə 130-150 nümayiş planlaşdırılır. Onlarda həm ayrı-ayrı siyasətçilərin, həm partiya fəallarının, həm də tələbə və gənclər təşkilatlarının iştirakı gözlənilir.

Günəş Mərd

tag: Fransızlar, Makron, Prezident, Nümayiş, Le Man, Nitsa ,todaypress.az,