Fransanın Ukrayna həmləsi
“Paris Şimali Atlantika Alyansındakı tərəfdaşları ilə Ukraynanı dərhal NATO-ya dəvət etmək imkanları barədə danışıqlar aparır”.
TodayPress xəbər verir ki, bunu Kiyevə səfəri zamanı Fransanın xarici işlər naziri Jan Noel Barro deyib.
"Ukraynanın NATO-ya dəvət olunmasına gəlincə, biz bunu istisna etmirik və bu məsələni tərəfdaşlarımızla müzakirə edirik" deyə o, bildirib.
Oktyabrın 18-də Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir nümayəndəsi Benjamin Addad “Le Journal du Dimanche”ə müsahibəsində bildirib ki, Paris Ukraynanın NATO-ya rəsmi dəvəti ilə bağlı razılığa gəlməyi prioritet hesab edir. O, etiraf edib ki, Alyansa qoşulma prosesinin özü kifayət qədər uzun çəkə bilər. Addadın sözlərinə görə, dəvət indi verilə biləcək ilk siyasi siqnaldır.
Xatırladaq ki, Fransa XİN başçısı Kiyevdə iki günlük səfərdədir.
Töhfə Səməd
tag: Fransa, Ukrayna, NATO, Jan Noel Barro, Xarici İşlər Nazirliyi, todaypress.az,