Fransanın radioaktiv tullantıları Serbiyada saxlanılır?

Dünya

24.08.2024 19:00

Serbiya Prezidenti Aleksandar Vuçiç siyasi rəqiblərinin Serbiyada radioaktiv tullantılar saxlayacağı ilə bağlı iddialarını rədd edib.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Prezidentin sözlərinə görə, siyasi opponentlər ictimai sferada daim əsassız şübhələr və ittihamlar irəli sürürlər.

“Fransanın “EDF” enerji şirkəti ilə əməkdaşlıq etmək, birgə layihələr həyata keçirmək istəyi nüvə tullantılarını Serbiyada yerləşdirəcəyi mənasına gəlir? Bu o qədər axmaq və mənasızdır ki, daha sözüm yoxdur” deyə Vuçiç etirazını bildirib.

Xatırladaq ki, aprel ayında Serbiya rəhbərliyi nüvə enerjisi məsələsində ən böyük AES operatoru olan “EDF” dövlət şirkəti ilə strateji danışıqlara başlayıb. Həmin ay Serbiya nümayəndə heyəti Fransanın dövlət enerji şirkəti ilə anlaşma memorandumu imzalayıb. Sənəd energetika sahəsində uzunmüddətli dialoq naminə bağlanıb.

 

Töhfə Səməd

tag: Serbiya,Fransa,Radioaktiv,Tullantı,Vuçiç,todaypress.az,