Fransanın keçmiş XİN rəhbəri korrupsiyada təqsirli bilindi
Dünya
07.09.2024 03:56
Daha
əvvəl Fransanın xarici işlər və müdafiə naziri vəzifəsində işləmiş Mişel
Alyo-Mari Sen-Jan-de-Lüz Pireney-Atlantik departamenti merinin vitse-meri
vəzifəsində törətdiyi korrupsiya əməllərinə görə şərti altı aylıq həbs cəzası
alıb.
TodayPress xəbər verir ki, bu barədə
"BFMTV" kanalı məlumat yayıb.
Məlumatlara görə,
söhbət 2010 və 2012-ci illərdə Alyo-Marinin iştirakı ilə Festival Təşkilatları
Assosiasiyasının (AOF) ehtiyacları üçün verilən 250 min avro məbləğində
subsidiyalardan gedir. Bu birliyə onun atası Bernar Mari rəhbərlik edirdi.
Alyo-Marinin müdafiəsi artıq bu hökmdən apellyasiya şikayəti vermək niyyətində
olduqlarını bildirib.
Qeyd edək ki, 77
yaşlı Alyo-Mari Jak Şirak (1995-2007) və Nikola Sarkozinin (2007-2012)
prezidentliyi dövründə Müdafiə, Daxili İşlər, Ədliyyə və Xarici İşlər
nazirliklərinə rəhbərlik edib.
tag: Fransa ,XİN,Mişel Alyo-Mari Sen-Jan-de-Lüz Pireney,Bernar Mari,todaypress.az,