Fransanın keçmiş Prezidentinin şikayəti təmin edilmədi

Dünya

18.12.2024 19:15

3059

Fransanın Ali Məhkəməsi keçmiş Prezident Nikolya Sarkozinin barəsindəki hökmü qüvvədə saxlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Agence France-Press” məlumat yayıb.  

Bildirilib ki, qərar “nüfuz alveri” ittihamı ilə ona qarşı qaldırılan cinayət işi üzrə hökmdən şikayət əsasında çıxarılıb.

O, bu il, mayın 17-də məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərarda göstərilib ki, N. Sarkozi cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.

Qeyd edək ki, kassasiya şikayəti ona qarşı “nüfuz alveri” ittihamı üzrə çıxarılan qərardan verilib.

tag: Fransa,Ali Məhkəmə,Prezident,Nikolya Sarkozi,todaypress.az,