Fransanın Gürcüstana maliyyə yardımı göstərməsi xəbərləri yanlışdır - Papuaşvili
Dünya
13.07.2024 02:00
“Hər hansı bir maliyyə
yardımının arxasında müxtəlif maraqlar dayanır. Fransanın bəzi rəsmi şəxslərinin
Fransanın Gürcüstana birbaşa maliyyə yardımı göstərməsi ilə bağlı məlumatlar
yanlışdır və bu məlumatları yayanların öz maraqları var”.
TodayPress xəbər verir
ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın
Gürcüstan büdcəsinə birbaşa yardımı dayandırması və vətəndaş cəmiyyətinə və
media subyektlərinə maliyyə dəstəyini artırması barədə məlumatları şərh edərkən
deyib.
Onun sözlərinə görə, Gürcüstan
hökumətinin konkret olaraq başqa dövlətin maraqlarına xidmət etmədiyini hiss edən
qüvvələr indi müxtəlif maliyyə vəsaitini məhz onların maraqlarına xidmət edənlərə
yönəldirlər.
“Bu da, bir daha bir sübut edir ki, belə pulların arxasında gizli maraqlar dayanır. Gürcüstan hökuməti isə heç bir xarici dövlətin maraqlarına xidmət etmir” deyə Şalva Papuaşvili bildirib.
tag: todaypress.az, Fransa, Gürcüstan, Papuaşvili, Maliyyə yardımı,