Fransanın Baş nazirinin reytinqi minimuma endi
Dünya
22.12.2024 09:50
Fransanın Baş naziri Fransua Bayru minimal reytinqə sahibdir.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Fransanın İctimai Rəyi Öyrənmə İnstitutunun (İFOP) araşdırmasına görə, fransızların 66 faizi yeni hökumət başçısından narazıdır.
Bayru ,eyni zamanda, 1959-cu ildən indiyədək vəzifə səlahiyyətlərinin icrasına başlama anında ən aşağı reytinqə malik baş nazirdir.
Hətta onun 2024-cü ildəki sələflərinin də reytinqi ondan nisbətən yuxarıdır.
Belə ki, fransızların 46 faizi Qabriel Attaldan, 55 faizi isə Mişel Barnyedən narazı olub.
tag: Fransa,Baş nazir,KİV,Araşdırma,Todaypress.az,